×
A
A
A
Sazlamalar

“Qarabağ Azərbaycandır!” müsabiqəsində iştirak üçün 3 mindən çox gənc müraciət edib

Bakı, 2 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı tərəfindən rayon ərazisində fəaliyyət göstərən ali məktəblərdə təhsil alan tələbələr arasında “Qarabağ Azərbaycandır!” mövzusunda inşa müsabiqəsinin keçirilməsinə başlanılıb. Müsabiqə çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) hər iki tədris binasında tədbir təşkil edilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali məktəbin 500-ə yaxın tələbəsi iştirak edib.
Ümumiyyətlə, müsabiqədə iştirak etmək üçün qısa müddətdə 3 mindən çox gənc müraciət edib. Müraciət edənlər arasında xarici tələbələr də var. Onların sırasında qardaş Türkiyədən olan gənclər daha çox üstünlük təşkil edir.
Müsabiqənin nəticələri dekabrın sonuncu həftəsində elan olunacaq və qaliblər mükafatlandırılacaq.

Elm və təhsil 2019-11-02 10:58:00