×
A
A
A
Sazlamalar

Müəllimlərə Lester Universitetinin sertifikatları verilib

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ölkənin nüfuzlu universitetlərinin müəllimləri üçün keçirilən akademik ingilis dili kursları sona çatıb. Kurslarda Azərbaycan Tibb Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası və Azərbaycan Turizm və Menecment Universitetinin müəllimləri iştirak ediblər.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, 5 gün davam edən dərslər Böyük Britaniyanın Lester Universitetinin eksperti Daqmara Qrabas və Emiliy Christine tərəfindən aparılıb. AzMİU-nun müəllimləri Lester Universitetinin beynəlxalq sertifikatlarını əldə ediblər. Daqmara Qrabas müəllimlərə sertifikatlar verib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.
Müəllimlər üçün nəzərdə tutulan kursların əsas məqsədi ingilis dilinin akademik səviyyədə və ixtisasyönümlü tədris olunması, ingilis dili müəllimlərinin metodoloji qabiliyyətlərinin inkişaf etdirilməsi, bu sahədə Böyük Britaniya təcrübəsindən istifadə olunması və yeni metodların tədrisdə tətbiqindən ibarətdir.

Elm və təhsil 2019-11-01 17:49:00