×
A
A
A
Sazlamalar

ADU-da Meksikanın milli adət-ənənələrini əks etdirən stend qurulub

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) İspan dili mərkəzi və Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin əməkdaşlığı çərçivəsində ali məktəbin 3 saylı tədris binasında bu ölkənin milli adət-ənənələri əks etdirən stend qurulub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Rodrigo Labardini Flores ölkəsinin adət-ənənələri haqqında ispan dili üzrə təhsil alan tələbələrə geniş məlumat verib və onların suallarını cavablandırıb.
Sonda tələbələr Meksikanın “Ölülər günü” bayramına həsr olunmuş qısametrajlı filmə baxıblar.

Elm və təhsil 2019-11-01 16:54:00