Paytaxtda 304,3 milyon manatlıq metal məmulatları istehsal olunub
Bakı, 1 noyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında paytaxtın metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 304,3 milyon manatlıq məhsul istehsal edilib.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə metallurgiya sənayesində 32,7 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 27,9 faiz azalma müşahidə olunub.
Həmçinin keçən ilin yanvar-sentyabr aylarına nisbətən sahə üzrə qara metallardan digər konstruksiyaların istehsalı 2,9 dəfə artıb, armaturun istehsalı 7,9 faiz, alüminium çubuqlar, millər və profillər 14,7 faiz, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı isə 53,2 faiz azalıb.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb