×
A
A
A
Sazlamalar

Paytaxtda 404 milyon manatlıq tikinti materialı istehsal olunub

Bakı, 31 oktyabr, AZƏRTAC 

Cari ilin 9 ayında paytaxtda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri ötən ilin yanvar-sentyabr aylarına nisbətən sabit qiymətlərlə 10,9 faiz azalaraq, 404 milyon manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə əvvəlki ilin yanvar-sentyabr aylarına nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 14,3 faiz artıb, sementin istehsalı isə 4,7 faiz azalıb.

Tikinti̇ 2019-10-31 17:37:00