Bakının kimya sənayesində məhsul buraxılışı artıb
Bakı, 31 oktyabr, AZƏRTAC
Doqquz ayda paytaxtın kimya sənayesində məhsul buraxılışı artıb.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, yanvar-sentyabr aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 290,2 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 45,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında 6,3 faiz artıb, əczaçılıq məhsullarının istehsalında isə 0,1 faiz azalma müşahidə edilib.
Ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə əsas kimya məhsullarından azot istehsalı 56,8 faiz, oksigen istehsalı 28,2 faiz azalıb, lak boya məmulatlarının istehsalı isə 95,5 faiz artıb.
Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki ilin 9 ayı ilə müqayisədə 56,1 faiz, liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqların istehsalı 11,1 faiz azalıb, polietilen kisə və çantaların istehsalı isə 3,1 dəfə çoxalıb.
Avstriya şirkəti Azərbaycanın sənaye zonalarına investisiya yatırmağa dəvət edilib
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
Mikayıl Cabbarov: Avqustda Ağdam Sənaye Parkında tikinti işlərinə başlanılması planlaşdırılır