Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Prezident İlham Əliyev Ağdaşda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib  YENİLƏNİB VİDEO

Ağdaş, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağdaş şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov Prezident İlham Əliyevə son illər Ağdaşda görülən işlər, həyata keçirilən layihələr, eləcə də Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

 

Rəsmi xronika 2019-10-28 13:35:00

Video