×
A
A
A
Sazlamalar

Bakı “Arnold Avrasiya” turnirinə ev sahibliyi edə bilər

Bakı, 23 oktyabr, AZƏRTAC

“Arnold Klassik” və “Mister Olimpiya” turnirlərini azarkeşlər həmişə səbirsizliklə gözləyirlər. Bu yarışa maraq təkcə ABŞ-da deyil, bütün dünyada böyükdür.
Bunu Azərbaycan Stronqmen Federasiyasının (ASF) prezidenti Bəxtiyar Quliyev AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
ASF-in rəsmisi bildirib ki, “Arnold Klassik” əvvəllər yalnız ABŞ-da təşkil olunurdu. Hazırda “Arnold Avropa” hər il İspaniyada, “Arnold Avstraliya” Sidneydə, “Arnold Afrika” Cənubi Afrika Respublikasında keçirilir. “Arnold Avrasiya” yarışı hələ ki təşkil olunmayıb. Bu istiqamətdə danışıqlar aparılır və istəyirik ki, mötəbər yarışa Bakı ev sahibliyi etsin. Məşhur idmançı Arnold Şvartsenegger şəxsən bu yarışlarda iştirak edir.

İdman 2019-10-23 19:02:00