×
A
A
A
Sazlamalar

Formula 1 Meksika Qran-Prisi “Twitch” platformasında göstəriləcək

Bakı, 23 oktyabr, AZƏRTAC
Formula 1-in sahibləri kiberidman turnirlərinin translyasiyasında ixtisaslaşan “Twitch” videostriminq servisi ilə tərəfdaşlıq barədə məlumat veriblər.
AZƏRTAC xəbər verir ki, bu tərəfdaşlıq çərçivəsində Almaniya, Lüksemburq, İsveçrə, Danimarka, Norveç və İsveçdən olan servis istifadəçiləri Meksika Qran-Prisinin bütün sessiyalarına birbaşa efirdə “twitch.tv” saytında və ya mobil əlavədə pulsuz tamaşa edə biləcəklər.
Translyasiya tanınmış oyunçuların, o cümlədən Almaniyanın “PietSmiet” heymerinin cəlb edilməsi və əlçatan məlumatın həcminin artırılması hesabına yarışa interaktivlik əlavə edəcək ki, bu da Qran-Prinin 10 dəqiqəlik hissələrində pilotların nəticələrini proqnozlaşdırmağa imkan verəcək.

İdman 2019-10-23 19:08:00