×
A
A
A
Sazlamalar

Futzal üzrə dünya çempionatının əsas mərhələsinin oyunlarına Bakıda start verilib

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Bakı İdman Sarayında 2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının əsas mərhələsinin üçüncü qrupunun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Bakıda təşkil olunan qrupun oyunlarında Azərbaycan ilə yanaşı, Slovakiya, Monteneqro və Moldova komandaları mübarizə aparırlar.
Birinci oyunda Slovakiya və Monteneqro yığmaları üz-üzə gəliblər. Üstün oyun nümayiş etdirən slovakiyalı futzalçılar rəqib komandanın qapısından 5 cavabsız top keçiriblər.
Günün ikinci qarşılaşması isə Azərbaycan və Moldova komandaları arasında təşkil olunacaq. Görüş saat 20:00-da start götürəcək.

İdman 2019-10-23 19:10:00