×
A
A
A
Sazlamalar

Özbəkistan səyahətə çıxan müsəlman qadınlar üçün ən cəlbedici ölkələrdən biri hesab edilib

Daşkənd, 23 oktyabr, AZƏRTAC
Özbəkistan səyahətə çıxan müsəlman qadınlar üçün ən cəlbedici ölkələrdən biri hesab edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə "Mastercard" beynəlxalq ödəmə sistemi və "CrescentRating" Agentliyinin hesabatında deyilir.
Bildirilir ki, təhlükəsizlik və dini dözümlülük səviyyəsinə görə, Özbəkistan İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlər arasında ilk onluğa daxil olub.
Qeyd olunur ki, hesabat Cənub-Şərqi Asiya ölkələrində yaşayan 3300 müsəlman qadın arasında aparılan sorğuya əsasən hazırlanıb.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Dünya 2019-10-23 19:04:00