×
A
A
A
Sazlamalar

Morteza Qərib: Konfransda təqdim edəcəyim yeniliklər tibb sahəsində istifadə olunan texnologiyalarla bağlıdır

Bakı, 23 oktyabr, AZƏRTAC 

Konfransda təqdim edəcəyim yeniliklər tibb sahəsində istifadə olunan texnologiyalarla bağlıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində ADA Universitetində keçirilən “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi (AICT 2019)” mövzusunda 13-cü beynəlxalq konfransda iştirak edən Kaliforniya Texnologiya İnstitutunun Avtonom Sistemlər və Texnologiyalar Mərkəzinin direktoru Morteza Qərib deyib.
O bildirib ki, çox zaman insanlar müasir tibbi avadanlıqlarla müayinə oluna bilmirlər. Bizim məqsədimiz ailələrə belə imkanları təqdim etməkdir. Misal olaraq, insanlar artıq müayinə zamanı ürək çatışmazlığını əvvəlcədən görə bilərlər. Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasında olduğundan tibbi yeniliklərin müvafiq sahədə tətbiq olunmasında maraqlıdır.
Qeyd edək ki, tədbir “Paşa Bank”ın baş sponsorluğu və Azərbaycan Turizm Bürosunun tabeliyində olan Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə keçirilir.

Elm və təhsil 2019-10-23 18:10:00