×
A
A
A
Sazlamalar

Beynəlxalq gənclər tədbiri başa çatıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyi tərəfindən dəstəklənən “Üç ölkədə gənc sahibkarlar klubunun yaradılması” layihəsi çərçivəsində Bakıda təşkil etdiyi beynəlxalq tədbir başa çatıb.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, Mərkəzin baş katibi Gülnar Xəlilova bağlanış mərasimində çıxış edərək ölkəmizdə olduqları müddətdə qonaqlar üçün hazırlanmış proqram barədə məlumat verib, tədbirin əhəmiyyətindən danışıb.
Qonaqlar Azərbaycanda olmalarından məmnunluqlarını bildirib, tədbirdə əldə etdikləri bilik və bacarıqların onların gələcək fəaliyyətlərində böyük rol oynayacağını vurğulayıblar.
Sonda iştirakçılara beynəlxalq dərəcəli sertifikatlar təqdim olunub.

Sosial 2019-10-23 17:49:00