×
A
A
A
Sazlamalar

“Coca-Cola məktəbli kuboku”nun yeni mövsümü başlayır

Bakı, 23 oktyabr, AZƏRTAC

Ölkənin ən kütləvi məktəbli futbol turniri olan “Coca-Cola məktəbli kuboku”nun 2019-2020-ci il mövsümünə oktyabrın sonunda start veriləcək.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, hazırda rayondaxili turnirdə mübarizə aparacaq komandaları müəyyən edə bilmək üçün məktəbdaxili mərhələnin oyunları keçirilir. Daha sonra isə turnir rayon və regional birinciliklərlə davam edəcək. Yarış 2020-ci ilin aprel-may aylarında yekunlaşacaq.
Qeyd edək ki, 2018-2019-cu il mövsümünün qalibi Masallı rayonundan 4 saylı məktəbin komandası olub. 2009-cu ildən etibarən keçirilən “Coca-Cola Məktəbli Kuboku” turniri 2011-ci ildən Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Coca-Cola şirkəti tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunur. Turnir Azərbaycanın 76 şəhər və rayonundan olan 2000-dən artıq məktəbi əhatə edir. Layihə məktəblilərin sosial və fiziki inkişafı, ölkədə futbolun kütləviliyinin təmin olunması, uşaq futbolunun tərəqqisi və ümumilikdə, məktəblilərin fəal və sağlam həyat tərzinə cəlb edilməsi məqsədi daşıyır.

İdman 2019-10-23 18:09:00