×
A
A
A
Sazlamalar

Hulusi Kılıç: Azərbaycanın ərazi bütövlüyünün bərpası Türkiyə ictimaiyyətinin ən böyük arzularından biridir

Ankara, 23 oktyabr, AZƏRTAC

Qazi Universitetində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç ölkəmizlə bağlı xoş ifadələr səsləndirib. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası Türkiyə ictimaiyyətinin ən böyük arzularından biridir. H.Kılıç Türkiyənin bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqq işini müdafiə edəcəyini vurğulayıb.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Siyasət 2019-10-23 18:11:00