×
A
A
A
Sazlamalar

NATO Ukraynaya hərbi yardımların artırılması ilə bağlı üzv dövlətlərə çağırış edib

Kiyev, 23 oktyabr, AZƏRTAC

NATO-ya üzv dövlətlər Ukraynaya hərbi yardımları artırmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransında deyib.
Minsk sazişinin icrasında irəliləyişlərin olduğunu, xüsusən saxlanılanların dəyişdirildiyini vurğulayan Y.Stoltenberq NATO nümayəndələrinin Ukraynaya səfərindən danışaraq deyib: “Bir neçə gündən sonra NATO nümayəndələri Prezident Zelenski və hökumətindən məlumat almaq üçün Kiyevə və Odessaya gedəcəklər. NATO-nun Ukraynaya necə dəstək verəcəyi barədə fikir mübadiləsi aparacağıq. Bu gün Ukrayna üçün daha çox nə edə biləcəyimizi düşünürük”.
NATO nümayəndələri oktyabrın 30-31-də Ukraynaya səfər edəcək, Odessada və Kiyevdə bir sıra görüşlər keçirəcəklər.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-10-23 17:46:00