×
A
A
A
Sazlamalar

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndələri İnnovasiyalar Agentliyinin startapları ilə görüşüblər

Bakı, 23 oktyabr, AZƏRTAC 

Oktyabrın 23-də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndələri İnnovasiya Agentliyinin startapları ilə görüşüblər.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, KOICA təmsilçiləri ilə keçirilən görüşdə nümayəndə heyətinin rəhbəri Park Kumok, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi və İnnovasiya Agentliyinin rəhbərləri iştirak ediblər.
Görüşdə innovativ idarəetmə metodları, onun tətbiqi mərhələləri təhlil və müzakirə olunub. Daha sonra KOICA nümayəndələri yerli ekosistem, elmi-tədqiqat potensialı, elmi işçi qüvvəsi və onların konsentrasiyası, marketinq və startap cəmiyyətinin texniki biliklərinin artırılması məsələləri ilə maraqlanıblar. Tərəflər qanunverici rejimin liberallaşdırılması, məlumatların yayılması, innovasiya iqtisadiyyatının inkişafı ilə bağlı strateji yanaşmanın müəyyənləşdirilməsi və həyata keçirilməsi ilə bağlı eyni mövqedən çıxış ediblər.

İKT 2019-10-23 18:02:00