×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda soyğunçuluq edən iki nəfər yaxalanıb

Bakı, 23 oktyabr, AZƏRTAC 

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini H.Ələkbərov içərisində bank kartları olan pulqabısını oktyabrın 21-də Nərimanov rayonunun ərazisində iki nəfərin açıq talama yolu ilə aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. Soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Tağıyev və Füzuli rayon sakini E.Nəsirov 5-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-10-23 17:34:00