×
A
A
A
Sazlamalar

“Avropa İttifaqı-Azərbaycan münasibətləri” mövzusunda seminar keçiriləcək

Bakı, 23 oktyabr, AZƏRTAC
Noyabrın 1-də Xəzər Universitetində bu ali məktəbin Siyasi elmlər və fəlsəfə departamentinin təşkilatçılığı ilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas seminar keçirəcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, səfir seminarda “Avropa İttifaqı-Azərbaycan münasibətləri” mövzusunda təqdimatla çıxış edəcək.

Elm və təhsil 2019-10-23 17:30:00