×
A
A
A
Sazlamalar

Milli Kitabxanada “Əhməd bəy Ağaoğlu - 150” elektron məlumat bazasının təqdimatı olacaq

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə “Əhməd bəy Ağaoğlu - 150” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcək.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimi Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin görkəmli publisist və tənqidçi, tanınmış şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə imzaladığı müvafiq Sərəncama uyğun olaraq təşkil ediləcək.

Mədəniyyət 2019-10-23 16:55:00