×
A
A
A
Sazlamalar

Suriyadan İraqa gətirilən ABŞ hərbçiləri Qətərə və ya Küveytə aparılacaq

Bakı, 23 oktyabr, AZƏRTAC

Suriyadan İraqa gətirilən amerikalı hərbçilər ölkəni bir ay ərzində tərk edərək Qətərdə və ya Küveytdə dislokasiya olunacaq.
AZƏRTAC “Al-Sumaria” telekanalına istinadla xəbər verir ki, bu barədə İraqın Müdafiə naziri Nacah əş-Şamari bildirib.
“Suriyadan çıxarılan Amerika qoşunları dörd həftə ərzində İraqı tərk edəcək. Onlar Qətərə və ya Küveytə yollanacaq”, - Nacah əş-Şamari belə deyib.
Xatırladaq ki, bu gün səhər saatlarında Pentaqonun rəhbəri Mark Esper İraqa elan olunmamış səfər edib. O, ABŞ qoşunlarının Suriyadan çıxarılması prosesini və bu prosesdə İraqın rolu məsələlərini ölkə rəhbərliyi ilə müzakirə etmək niyyətindədir.

Dünya 2019-10-23 17:18:00