×
A
A
A
Sazlamalar

Tiaqo Motta “Cenoa” klubunun baş məşqçisi təyin edilib

Bakı, 23 oktyabr, AZƏRTAC
Fransanın “Paris Sen-Jermen” futbol klubunun sabiq yarımmüdafiəçisi Tiaqo Motta İtaliyanın “Cenoa” komandasının baş məşqçisi təyin olunub.
AZƏRTAC xəbər verir ki, İtaliya millisinin sabiq üzvü bu vəzifədə ötən gün istefa verən Andrea Andreazolini əvəz edib.
Qeyd edək ki, ötən il məşqçiliyə başlayan 37 yaşlı Andreazolini bundan əvvəl PSJ-nin U-19 komandasını çalışdırıb. Motta futbolçu karyerası ərzində “Barselona”, “Atletiko”, “İnter”, “Cenoa” və “Paris Sen-Jermen”də çıxış edib.

İdman 2019-10-23 17:11:00