×
A
A
A
Sazlamalar

Rafael Gülməmmədli: Bədurə Əfqanlının əsərləri Azərbaycan mədəniyyətinin sütunları hesab oluna bilər

Bakı, 23 oktyabr, AZƏRTAC

Bədurə Əfqanlı Azərbaycanın korifey sənətkarlarından biridir. O, ömrünün 70 ilini sənətə həsr etmiş bir insandır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli Xalq rəssamı Bədurə Əfqanlının həyat və yaradıcılığına həsr olunmuş retrospektiv sərginin açılışı zamanı deyib.
“Bədurə Əfqanlının “Leyli və Məcnun” ədəbi abidəsi, “Dəli kür”, “Dədə Qorqud” eposu kimi əsərləri Azərbaycan mədəniyyətinin sütunları hesab oluna bilər. Bədurə Əfqanlı Azərbaycan folklorunun gözəl bilicisi idi. O, ömrünün son 40 ilini teatr sahəsi ilə əməkdaşlıqda keçirib, Azərbaycan rəqs sənətinə böyük töhfələr vermiş bir insandır. Bədurə Əfqanlı bizim rəqslərimizə xəlqilik gətirib, geyimlərimizi saray mühitindən çıxardıb, onları Azərbaycan bölgələrinə xas olan elementlərlə zənginləşdirib”, -deyə R.Gülməmmədli bildirib.

 

Mədəniyyət 2019-10-23 17:06:00