×
A
A
A
Sazlamalar

Sığortaçılar üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AZƏRTAC-a bildirilib ki, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən şəxslər üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib. Nəticələrə əsasən, attestasiyada iştirak edən 3 namizəddən 2-si keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Maliyyə 2019-10-23 17:04:00