×
A
A
A
Sazlamalar

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Bakı, 23 oktyabr, AZƏRTAC
Oktyabrın 23-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50102976S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26 faiz) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 470 milyon 810 min 400 AZN olub.
Mərkəzi Bankın qərarına əsasən, notların kəsmə qiyməti 99.5158 AZN (6.26 faiz), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon AZN təşkil edib.
Notlar noyabrın 21-də ödəniləcək.

Maliyyə 2019-10-23 17:02:00