×
A
A
A
Sazlamalar

“SOCAR Polymer”in Polipropilen zavodunda gələn il 140 min ton məhsul istehsalı proqnozlaşdırılır

Sumqayıt, 23 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Kimya Sənaye Parkı ərazisində yerləşən “SOCAR Polymer”in Polipropilen zavodunda 2020-ci ildə 140 min ton məhsul istehsalı proqnozlaşdırılır. Bu barədə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd olunub.
AZƏRTAC xəbər verir ki, bu, cari ilin proqnozundan 30 min ton və ya 27 faiz çoxdur. 2021-ci ildə zavodda polipropilen istehsalı 150 min ton, 2022-ci ildə 160 min ton, 2023-cü ildə 170 min ton proqnozlaşdırılır. 2018-ci ildə polipropilen istehsalının həcmi 6 min ton təşkil edib. Bu ilin proqnozu isə 110 min ton olub.
Xatırladaq ki, "SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen Zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.

Regionlar 2019-10-23 16:52:00