×
A
A
A
Sazlamalar

Qəsdən adam öldürməkdə şübhəli bilinən Gəncə sakini saxlanılıb

Bakı, 23 oktyabr, AZƏRTAC 

Oktyabrın 22-də saat 22 radələrində Gəncə şəhər sakinləri Ə.Verdiyevin və Ə.Həsənovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri, Ə.Verdiyevin orada ölməsi barədə Nizami (Gəncə) Rayon Polis İdarəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində hadisənin münaqişə zəminində şəhər sakini E.Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.
Qəsdən adam öldürməkdə şübhəli bilinən E.Məmmədov saxlanılıb.
Gəncə Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Hadisə 2019-10-23 15:08:00