×
A
A
A
Sazlamalar

Özbəkistanın informasiya agentliyində azərbaycanlı şairlə müsahibə yer alıb

Daşkənd, 23 oktyabr, АZƏRTAC
Özbəkistanın UzA Milli informasiya agentliyində Azadə Bekmurodovanın azərbaycanlı ədəbiyyatşünas və şair Fərid Hüseynlə müsahibəsi yer alıb.
AZƏRTAC xəbər verir ki, müsahibədə Daşkənddə özbək, Azərbaycan və rus dilində bir kitabda çap edilən “Səmərqənd divanı” poetik silsiləsinin yaranması haqqında ətraflı məlumat verilir.
Müəllif müsahibədə bildirir ki, bu möhtəşəm şəhərin təkrarsız abidələrini gördükdən, Səmərqəndin tarixini, böyük sərkərdə və strateq Əmir Teymur haqqında kitablar oxuduqdan sonra “Səmərqənd divanı”nı yaratmaq qərarına gəlib.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında çap olunan kitaba Azərbaycanın Xalq yazıçısı Anar “Ön söz” yazıb.
Əsəri özbək dilinə tanınmış şair və tərcüməçi Tahir Qəhhar çevirib.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mədəniyyət 2019-10-23 13:42:00