×
A
A
A
Sazlamalar

Dopinqlə mübarizə sahəsində maarifləndirici seminarlar davam edir

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqlə mübarizə sahəsində maarifləndirici seminarları davam etdirir.
AZƏRTAC AMADA-ya istinadla xəbər verir ki, bu dəfə seminarlar gimnastika və stolüstü tennis ilə məşğul olan idmançılar üçün təşkil olunub.
Tədbirlər Azərbaycan Gimnastika və Azərbaycan Stolüstü Tennis federasiyaları ilə əməkdaşlıq çərçivəsində baş tutub. İdmançılara dopinq nəzarəti prosesi, məkan məlumatlarının təqdim edilməsi, qadağan edilmiş maddələr və digər mövzularla bağlı ətraflı məlumat verilib.

 

İdman 2019-10-23 12:51:00