×
A
A
A
Sazlamalar

“Fəthiyədən Bakıya könül körpüsü” xaçmazlı kitabsevərlərə təqdim olunub VİDEO

Xaçmaz, 23 oktyabr, Elxan Yusifli, AZƏRTAC 

Xaçmazda Türkiyədən olan gənc şair və yazarların əsərlərindən ibarət “Fəthiyədən Bakıya könül körpüsü” adlı kitabı təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Tarix-Diyarşünaslıq Muzeyində keçirilən mərasimdə Türkiyədən gələn 30-a yaxın şair və yazıçılar, Azərbaycanın şimal bölgəsinin tanınmış şairləri, mədəniyyət işçiləri və kitab həvəskarları iştirak edib.
Tədbirdə “Fəthiyədən Bakıya könül körpüsü” kitabı ilə yanaşı Fatma Bacaranın “Payız gəlini”, Yelda Özsunarın “Universal simfoniya”, Şahsene Camızın “Günəş yüklü nağıllar” kitabları da oxuculara təqdim edilib.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, kitabları türkcədən Azərbaycan dilinə tərcümə edən şairə Nazilə Gültac, Fəthiyə ədəbiyyatı yazarlar qrupunun rəhbəri, yazıçı Coşkun Karabulut, “Ay işığı” ədəbi məclisinin sədri tanınmış şair Ramiz Qusarçaylı, Əməkdar jurnalist Azər Həsrət və başqaları çıxış edərək iki qardaş ölkə yazarlarının qarşılıqlı əlaqələrindən danışıb, bu kimi görüşlərin əhəmiyyətini vurğulayıblar.
Ədəbi müzakirələrlə davam edən görüşdə “Azərbaycan bayrağı”, “Azərbaycan – Türkiyə” və başqa şeirlər səsləndirilib.
Tədbirdən sonra türkiyəli qonaqlar Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olublar.

Regionlar 2019-10-23 11:22:00

Video