×
A
A
A
Sazlamalar

Azərbaycanlı rəssamın “Neft buruqları” əsəri beynəlxalq sərgidə nümayiş olunur

Bakı, 22 oktyabr, AZƏRTAC

Qobelen və kilim sənəti üzrə azərbaycanlı rəssam-sənətkar Səməni Qasımzadənin əl işləri Böyük Britaniyada “Heallreaf 3” toxuculuq sənəti beynəlxalq sərgisində nümayiş edilir. Sərginin ekspozisiyasına rəssamın “Neft buruqları” adlı qobeleni daxil edilib.
Rəssam özü AZƏRTAC-a bildirib ki, Azərbaycan toxuculuq sənətini bu cür beynəlxalq sərgidə təmsil etmək onun üçün böyük şərəfdir.
“Heallreaf 3” sərgisində Azərbaycan, ABŞ, Yeni Zelandiya və Avropa ölkələrindən olan 40 müəllifin əsərləri nümayiş etdirilir. Sərgi Britaniya ərazisində 2 qalereyada - Nottinqhamda “Surface Gallery” qalereyasında, daha sonra isə Londonda “Espacio Gallery” qalereyasında təqdim edilir.
Layihə İngiltərənin İncəsənət Şurasının dəstəyi ilə təşkil olunub. Sərgidə əsərlər ingilis rəssamı Kos Əhməd, “Heallreaf 2” layihəsinin qalibi Barbara Berns və “Harley Gallery”nin meneceri Suzan Şerit olmaqla 3 nəfərdən ibarət jüri tərəfindən qiymətləndirilir.

İncəsənət 2019-10-22 14:22:00