×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə “Xalq artisti” fəxri adı verilsin:

Ağayeva Tünzalə Qabil qızı
Mirbabayev Mir Yusif Mir Heydər oğlu
Nəcəfova Röyalə Yaqub qızı.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2019-cu il.

Sərəncamlar 2019-10-21 16:53:00