Cari ilin doqquz ayında mehmanxanaların gəlirləri 16,7 faiz artıb
AZƏRTAC, 21 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2666,7 min gecələmə keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,0 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,6 faiz artaraq 1743,9 min olub. Bu da ümumi gecələmələrin 65,4 faizini təşkil edir. Gecələmələrin 15,6 faizi Səudiyyə Ərəbistanı, 11,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 10,4 faizi Rusiya Federasiyası, 5,8 faizi İsrail, 5,5 faizi Hindistan, 5,1 faizi İran, 4,6 faizi Türkiyə, 3,6 faizi Küveyt, 3,1 faizi Böyük Britaniya, hər biri üzrə 2,0 faiz olmaqla ABŞ və Qətər, 1,9 faizi Pakistan, 1,6 faizi Çin,1,4 faizi İraq, 1,3 faizi Qazaxıstan, hər biri üzrə 1,1 faiz olmaqla Almaniya və Bəhreyn, 22,8 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşür.
Cari ilin doqquz ayı ərzində mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz çox və ya 334,0 milyon manat olub.
2019-cu ilin yanvar-sentyabr aylarında mehmanxanaların birdəfəlik tutumundan istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi 23,6 faiz (2018-ci ilin yanvar-sentyabr aylarında 21,9 faiz) təşkil edib.
Roma tətilləri: şopinq xüsusiyyətləri
Göllər diyarının cazibədarlığı
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib