×
A
A
A
Sazlamalar

Biofizika İnstitutunda “Açıq qapı” günü

Bakı, 21 oktyabr, AZƏRTAC 

2020-ci il martın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 75 ili tamam olacaq. Bununla əlaqədar “AMEA-nın 75 illik yubileyinə həsr olunan tədbirlər planı”nın icrasını təmin etmək məqsədilə oktyabrın 25-də Biofizika İnstitutunda saat 10:00-dan 16:00-dək “Açıq qapı” günü keçiriləcək.
Biofizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, “Açıq qapı” günündə elmi müəssisənin strukturu, yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri barədə ətraflı məlumat veriləcək. İştirakçılar institutun yeni avadanlıqlarla təchiz olunan laboratoriyalarında aparılan elmi-tədqiqat işləri, müasir cihazların iş prinsipi ilə yaxından tanış ola biləcəklər.

Elm və təhsil 2019-10-21 14:49:00