×
A
A
A
Sazlamalar

ADU ilə ELTE Universiteti arasında əlaqələrin qurulması barədə müzakirələr aparılıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Macarıstanın ELTE Universitetinin nümayəndəsi Benedek Peri ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Kamal Abdulla Macarıstan-Azərbaycan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. Rektor, həmçinin Macarıstanın ölkəmizdəki səfirliyi ilə ADU arasındakı əlaqələrin təhsil sahəsində səmərəli nəticələr verdiyini qeyd edib. Kamal Abdulla 20-yə yaxın dilin tədris olunduğu universitetdə macar dilinin öyrənilməsinin vacibliyindən söz açıb.
Benedek Peri təmsil etdiyi universitet haqqında məlumat verib. Qonaq Azərbaycan-Macarıstan əlaqələrinin inkişafını yüksək qiymətləndirib.
Görüşdə iki ölkənin universitetləri arasında əlaqələrin qurulması, “Türkologiya” jurnalında məqalələrin dərc olunması barədə müzakirələr aparılıb.

Elm və təhsil 2019-10-21 14:43:00