×
A
A
A
Sazlamalar

Dövlət Müstəqilliyi Günü Heydər Əliyev Sarayında konsert proqramı ilə qeyd edilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 20-də Heydər Əliyev Sarayında Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Azad ölkənin övladlarıyıq” adlı konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsertdə uşaq rəqs kollektivləri və istedadlı vokal ifaçıları iştirak ediblər.
Adəti üzrə Heydər Əliyev Sarayının rəhbərliyi bu konsertdə də Qarabağ müharibəsi şəhidləri, əlilləri və iştirakçılarının ailə üzvlərini, əlil uşaqları və uşaq evlərinin sakinlərini dəvət edib və onlara ön sıralarda təmənnasız yerlər ayırıb.

 

Mədəniyyət 2019-10-21 14:41:00