×
A
A
A
Sazlamalar

Naxçıvan Muxtar Respublikasında energetika sahəsində çalışan şəxslərin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında energetika sahəsində uzunmüddətli səmərəli fəaliyyət göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Bayramov Kazım Bayram oğlu

“Tərəqqi” medalı ilə

Abbasov Zakir Allahverdi oğlu
Orucov Nüsrət Oruc oğlu.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2019-cu il.

Sərəncamlar 2019-10-21 14:31:00