×
A
A
A
Sazlamalar

Laçınlı məcburi köçkünlər bu günədək 461,3 hektar sahədə payızlıq səpin aparıblar

Ağcabədi, 21 oktyabr, AZƏRTAC

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər payız səpinini davam etdirirlər.
Laçın Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək Taxtakörpü ərazisində 1098,5 hektarda payız şumu qaldırılıb. 461,3 hektar sahədə payızlıq səpin həyata keçirilib ki, onun da 445,3 hektarı arpa, 16 hektarı buğdadır. Taxtakörpü ərazisində payızlıq taxıl üçün 1200 hektar sahədə səpin aparılacağı gözlənilir. Məcburi köçkünlər taxıl səpinini optimal müddətdə başa çatdırmaq üçün səylə çalışırlar.
Qeyd edək ki, Ağcabədi rayonu ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər əsasən taxılçılıq və heyvandarlıqla məşğul olurlar. Məcburi köçkünlər ötən ilin payızında səpilən 1100,5 hektar taxıl sahəsindən bu il 2557 ton məhsul götürüblər.

Kənd təsərrüfatı 2019-10-21 14:12:00