×
A
A
A
Sazlamalar

Ümumi inşaat işlərinin 82,2 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər

Bakı, 21 oktyabr, AZƏRTAC 

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 348,2 milyon manatı (81,2 faizi) Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, ABŞ, Yaponiya, Malayziya, Rusiya, İran və Norveç sərmayədarlarına məxsus olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 61 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10 faizini əsaslı təmir, 8,1 faizini cari təmir, 20,9 faizini isə digər tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 82,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

 

Tikinti̇ 2019-10-21 13:31:00