×
A
A
A
Sazlamalar

İndiyədək 2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Artıq on gündür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni proaktiv xidmət - uşağın anadan olmasına görə birdəfəlik müavinətin elektron qaydada təyinatı xidməti fəaliyyət göstərir.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, indiyədək 2550-dək uşağın doğulmasına görə valideynlərinə elektron qaydada birdəfəlik müavinət təyinatı həyata keçirilib. Bunun üçün həmin valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etməsinə ehtiyac qalmayıb. Yəni doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət elektron qaydada təyin olunub.
Birdəfəlik müavinət təyin edildikdən sonra bu barədə onlara SMS-məlumat göndərilib.

Sosial 2019-10-21 13:45:00