×
A
A
A
Sazlamalar

Alüminium və ondan hazırlanan məmulatların ixracının həcmi artıb

Bakı, 21 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında ölkədən 48 min 898 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, ixrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 97 milyon 237 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin 9 ayında ölkədən 97 milyon 238 min dollarlıq 42 min 534 ton alüminium və ondan hazırlanan məmulatlar ixrac edilib.

 

İqtisadiyyat 2019-10-21 13:50:00