×
A
A
A
Sazlamalar

DSX: İrandan Azərbaycana 15 kiloqramdan çox narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirlərini davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 18-də Cəlilabad rayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Sərhəd naryadı tərəfindən iki nəfər sərhəd pozucusunun hərəkəti aşkar olunub. Qaçaqmalçılar dövlət sərhədindən qanunsuz keçirdikləri əşyaları ataraq geri qaçıblar.
Həmin əşyalara baxış keçirilib, 15 kiloqram 445 qram narkotik vasitə və 580 ədəd “Metodon-40” psixotrop dərman preparatları olması müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Hadisə 2019-10-21 13:27:00