×
A
A
A
Sazlamalar

Metallurgiya sənayesində 575,4 milyon manatlıq məhsul istehsal olunub

Bakı, 21 oktyabr, AZƏRTAC 

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində bu ilin yanvar-sentyabr aylarında 575,4 milyon manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hazır metal məmulatlarının istehsalı sahəsində 78,1 faiz artım, metallurgiya sənayesində 14,6 faiz azalma müşahidə olunub.
Həmin dövr ərzində sahə üzrə 17 min 648,2 ton (3 dəfə çox) qara metallardan digər konstruksiyalar istehsal edilib.

Tikinti̇ 2019-10-21 13:24:00