×
A
A
A
Sazlamalar

Tikinti materiallarının istehsalı 4,2 faiz artıb

Bakı, 21oktyabr, AZƏRTAC 

Cari ilin yanvar-sentyabr aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 4,2 faiz artaraq 580,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, hesabat dövründə tikinti kərpicinin istehsalı 40,8 faiz, tikinti əhənginin istehsalı 51,8 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 22,1 faiz artıb.
Sementin istehsalı 1,2 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 57,4 faiz, tikinti gipsinin istehsalı isə 76,8 faiz azalıb.

Tikinti̇ 2019-10-21 12:52:00