×
A
A
A
Sazlamalar

Sabirabad və Xaçmazda təbii qaz təchizatı müvəqqəti olaraq dayandırılıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Bu gün səhər saatlarında Sabirabad rayonunda 219 millimetr diametrində olan polietilen orta təzyiqli yeraltı “Şəhər-Muğan” daşıyıcı qaz kəmərinin Muğan prospektindən Heydər Əliyev prospektinədək hissəsində sazlama işlərinə başlanılıb. Bu müddət ərzində rayon mərkəzinin bir hissəsində qaz fasilələrlə veriləcək. Xaçmaz rayonunun Vəlvələ kəndi istiqamətində isə istismarda olan qaz xəttində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bir qrup abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Regionlar 2019-10-21 12:02:00