×
A
A
A
Sazlamalar

Abşeronda yol qəzasında 1 nəfər ölüb

Xırdalan, 21 oktyabr, AZƏRTAC

Abşeron rayonunda “Mercedes” markalı avtomobillə vurulan piyada ölüb.
AZƏRTAC xəbər verir ki, ötən axşam Xırdalan-Binəqədi yolunda taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Həmidov Fərrux Fərman oğlunu vurub. Yaralı təcili yardım xidmətinin köməyi ilə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Müayinə zamanı ona ağır kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlərin müdaxiləsinə baxmayaraq F.Həmidovun həyatını xilas etmək mümkün olmayıb.
Sürücü polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-10-21 11:27:00