×
A
A
A
Sazlamalar

Gömrük nəzarətindən gizlədilən papirosların ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı, 21 oktyabr, AZƏRTAC

Gömrük nəzarətindən gizlədilən papirosların ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının “VAZ-210740” markalı avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin döşəməsində və ön sağ-sol qanadlarının altında gömrük nəzarətindən gizlədilən 6225 ədəd “Belomorkanal” markalı papiros aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2019-10-21 11:25:00