Bakıda “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılacaq
Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də Azərbaycan İstiqlal Muzeyində “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılacaq.
AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan İstiqlal Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq.
Sərginin məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra vətənimizdən mühacir etmiş ziyalılarımızın, dövlət xadimlərimizin fəaliyyətini işıqlandırmaq, ulu öndər Heydər Əliyevin “İki dövlət, bir millət” ifadəsinə əsaslanaraq iki cəmiyyət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi xatırlamaq və onlara sahib çıxmaqdır.
Sərgidə filologiya üzrə fəlsəfə doktoru, professor, cümhuriyyət tarixinin tədqiqatçısı Ədalət Tahirzadənin şəxsi arxivindən 60 ədəd foto nümayiş olunacaq.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir