Kibertəhlükəsizliyə dair təlim təşkil olunub
Bakı, 21 oktyabr, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Banklar Assosiasiyasının dəstəyi, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “IS3S” (Information Security Solutions) şirkətinin birgə təşkilatçılığı ilə dövlət qurumlarının, bankların və özəl təşkilatların rəhbər şəxsləri və menecerləri üçün IT təhlükəsizliyin əsasları sahəsi üzrə “Kibertəhlükəsizlik: kritik risklər” adlı təlim keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təlimin məqsədi qurumlarda kibertəhlükəsizlik üzrə idarəetmə prosesində iştirak edən şəxslərin biliklərinin artırılmasıdır. Tədbir iştirakçılarına dünyada trend sahələrdən biri olan kibertəhlükəsizlik sahəsinin əhəmiyyəti və bu sahə üzrə mütəxəssislərin hazırlanması ilə bağlı məlumat verilib. Daha sonra “Kibertəhlükəsizliyin əsasları”, “İnformasiya təhlükəsizliyi standartları”, “İnformasiya təhlükəsizliyi: texnologiya və həllər”, “Kibertəhlükəsizlik trendləri” mövzuları üzrə iştirakçılara təlim keçirilib.
Qeyd edək ki, “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin və “IS3S” şirkətinin birgə təşkilatçılığı ilə informasiya və kibertəhlükəsizlik üzrə mütəmadi əsaslarla təlimlər keçirilir. Mütəxəssislərin hazırlanması məqsədilə növbəti təlim IT təhlükəsizliyin əsasları (CompTİA security+) mövzusunda olacaq.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb