×
A
A
A
Sazlamalar

Polşada keçirilən ərzaq yarmarkasında Azərbaycan məhsulları maraqla qarşılanıb

Varşava, 20 oktyabr, AZƏRTAC 

Polşanın paytaxtı Varşavada hər il ənənəvi olaraq keçirilən ərzaq yarmarkası növbəti dəfə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, budəfəki yarmarkada Azərbaycanla yanaşı, Türkiyə, Yunanıstan, Macarıstan, İtaliya iştirak edib. Ölkələr istehsal etdikləri ət məhsulları, pendir çeşidləri, zeytun, yağ və şirniyyatlarla yarmarkaya gələn alıcıların marağına səbəb olub.
Yarmarkada əsas mövzulardan biri də çörək çeşidləri olub. Alıcılara hər çeşiddə, həmçinin qlütensiz, laktozasız, mayasız hazırlanmış diyetik növlər təqdim edilib. Həmçinin Polşanın müxtəlif regionlarında istehsal olunan bal növləri də insanların marağına səbəb olub.


Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

Turizm 2019-10-20 21:47:00